“Krediti götürən şəxs infiliyasiyanı nəzərə almalıdır” İLGİNC YANAŞMA


15:49     29 Aprel 2015 manattt.jpg

“Manat bizim milli valyutamızdır və manatla kreditiv verilməsi məqbul sayılır.” Bu sözləri Femida.az a açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov deyib.

“Develvasiyadan sonra banklar krediti manatla deyil dollarla verir və bundan müştərilər ciddi narazılıq edir. Hər bir şəxs banka müraciyyət etməmişdən əvvəl, bütün şərtləri nəzərə almalıdır. Burda iki tərəf var; Kredit verən təşkilat və kredit götürən şəxs. Krediti götürən şəxs infilyasiyani nəzərə almalıdır və bankların təcrübəsi çox olduğu üçün krediti dollarla verməyi üstünlük verirlər.

Bu halla Banklar gələcək riskləri qorumuş olurlar. Manat bizim milli valyutamızıdır və manatla kreditin verilməsi məqbul sayılır. Sadəcə krediti verən və krediti alan şəxslərin arasında müqavilələrə ciddi riayyət olunmalıdır. Əgər gələcəkdə hər hansı bir risklər ortaya çıxacaqsa, bu müqavilədə öz əksini tapmalıdır. Bu zaman narahatçılığa heç bir əsas qalmır. Yəni əvvəlcədən bütün risklər nəzərə alınıb. Müqavilədən çox şey asılıdır, bank burdan gəlir götürməlidir və bütün bunlar nəzərə alınmalıdır.”

Nazlı Onur

Açar sözlər:

Oxunub: 644