Melkonyan homoseksual olub - Ermənilərdən etiraf (FOTO)


19:48     15 May 2017 montefon_1494848685.jpg

Azərbaycanlılara və türklərə qarşı dəfələrlə qanlı terror aktları törətmiş erməni terrorçu Monte Melkonyan haqqında ilginc məlumat yayılıb.


AzVision.az xəbər verir ki, Rusiyanın “vkontakte.ru” sosial şəbəkəsində erməni cinsi azlıqlara məxsus “Armenian LGTB” səhifəsində Melkonyanın homoseksual olduğu etiraf edilib.

Bundan öncə də Melkonyanın cinsi azlıqların nümayəndəsi olduğu deyilirdi. “Armenian LGTB” rəsmi səhifəsi bütün bunlara nöqtə qoyaraq Melkonyanın homoseksual olduğunu təsdiqləyib.

Məlum olub ki, Melyonkan ABŞ-da yaşayanda boş vaxtlarını kişi “sevgilisi” ilə keçirirmiş.

“Monte Melkonyan homoseksual olub. Sosial şəbəkələrdə bu barədə söz-söhbət gəzir. Bir çoxları bunu erməni cəmiyyətindən gizlətməyə cəhd edib. Lakin şəkildən də göründüyü kimi o, boş vaxtlarını “dostu” ilə keçirirmiş”.

Ermənistandakı müharibə veteranları, Melkonyanın döyüş yoldaşları da onun kişi sevgilisinin olduğunu etiraf ediblər.

Qeyd edək ki, Melkonyan Parisdə türklərə qarşı bir neçə dəfə terror aktları və hücum təşkil edib. Ötən əsrin 90-cı illərində Ermənistana gəlmiş terrorçu Xocavənd rayonunun işğalı zamanı düşmənin ön cəbhə dəstələrindən birinin komandiri olub və 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndi yaxınlığında döyüşçülərimiz tərəfindən məhv edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 6481