Dövlət işçilərinin etik davranışına hansı qurum nəzarət edəcək?

Dövlət işçilərinin etik davranışına hansı qurum nəzarət edəcək?


21:10     16 May 2017 kreslo_201214.jpg

Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət edən qurum dəyişdirilir.


Femida.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun 20-ci (Etik davranış qaydalarına əməl olunmasına nəzarət) maddəsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirəcək. Bəndin hazırda qüvvədə olan variantına görə isə, “Nəzarət orqanı” bu qanunla müəyyənləşdirilmiş qaydada yuxarıda göstərilən nəzarəti həyata keçirir.

Layihəyə əsasən bundan başqa qanunun 22-ci maddəsi – Nəzarət orqanın fəaliyyəti ilə bağlı maddə ləğv edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 8850