Sabiq prezident axtarışa verildi


22:15     16 May 2017 373973f9-795e-4e1a-a9bf-55c1a4c4aaf1_1494942208.jpg

İnterpol keçmiş ittifaq dövləti Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviç beynəlxalq axtarışa verib.


TASS-ın yaydığı məlumata görə, İnterpol məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

Qeyd edək ki, Svetozar Maroviç Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 597