DSX-da dini mövzuda seminar keçirilib


20:54     17 May 2017 14592285902122653860_554x360_1495024629.jpg

May ayının 15-16 tarixlərində Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq Lənkəran və Göytəpə Sərhəd Dəstələrinin qarnizonlarında “Qeyri-ənənəvi dini cərəyanlar və onların fəaliyyət metodları”, “Dini ekstremizm və onun təbliğat metodları” mövzularında seminarlar keçirilib.


DSX-nın mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılan seminarlarda bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­larımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib.

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikultura­lizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunmuşdur.

Seminarlarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Açar sözlər:

Oxunub: 1049