İnsan alverinə qarşı tədbir keçirilib - FOTO


02:08     18 May 2017 18518815_10210713651692379_247033185_n.jpg

“XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbirlərini keçirib.


Təşkilatın sədri Mahirə Əmirhüseyinovanın Femida.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bərdə, Ağcabədi, Ağdam rayonlarında keçirilən tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) əməkdaşı, polis kapitanı Xəyyam Nəcəfov, rayon təhsil müəssisənin rəhbər işçiləri iştirak edib.

Tədbir iştirakçılarına cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanlar özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verilib, bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb Mahirə Əmirhüseynova qeyd edib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji yardım, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcəkdir. Və insan alveri qurbanı olan şəxslərin sənədlərinin hazırlanması, müvafiq sənədlərin alınması, sənədlərin qaydaya salınması istiqamətində müvafiq qurumlara müraciətlər ediləcəkdir.



Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnalogiya Kollecinin direktoru Xaləddin Ələkbərov, Agcabədi Dövlət Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli, Ağdam Dövlət Musiqi Kolecinin direktoru Laura Ağayeva, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov, psixoloq Günay Kәrimova çıxış ediblər.

Onu da qeyd edək ki, layihə çərçivəsində növbəti tədbir Lənkaran, Astara, Masallıdea keçriləcək Müvafiq Milli Fəaliyyət Planına uyğun olaraq, İAQMBİ, Təhsil Nazirliyi, İnsan Alverinə Qarşı QHT Koalisiyasının birgə təşkilatçılığı ilə regionlarda silsilə tədbirlər davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 1746