“The Washington Times” Amerikanın ikili standartından yazdı
16:36 29 Aprel 2015
ABŞ-ın “The Washington Times" qəzetində “ABŞ postsovet məkanındakı separatçı münaqişələrə münasibətdə ardıcıl olmalıdır” başlıqlı məqalə dərc edilib.
Femida.az “İnterfaks”a istinadən verdiyi məlumata görə, qəzet ABŞ-ı Ukrayna və Azərbaycandakı separatçılığa fərq qoymamağa çağırıb. Yazıda bildirilir ki, ABŞ Ukraynanın ərazi bütövlüyünü şövqlə müdafiə etdiyi halda, nədənsə eyni münasibəti Qafqazdakı müttəfiqi Azərbaycana göstərmir: “Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozaraq Dağlıq Qarabağ və ətraf yeddi rayonda işğal və etnik təmizləmə ilə məşğuldur. Dağlıq Qarabağ və digər rayonlar tarixən Azərbaycan ərazisidir və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib”.
Məqalədə qeyd edilir ki, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişə BMT-nin qətnamələrinə uyğun həll edilməlidir.
Yazıda deyilir ki, əgər beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə daha ardıcıl münasibət bəsləsəydi, Ukraynadakı faciəvi hadisələrdən qaçmaq olardı.
Femida.az
Oxunub: 514
Oxşar xəbərlər
- “The Washington Times”: Minsk qrupu və uğursuz çoxtərəfli vasitəçilik
- “The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
- Azərbaycanlı “The Voice”da münsifləri heyrətləndirdi - VİDEO
- “The New Times”ın nəşri dayandı
- “The Washington Post”: Kris Smitin layihəsi keçməyəcək
- “Ermənistan işğalçı dövlətdir” - “The Washington Times”