Zaxarovanın ÜAK-la bağlı şərhinə XİN-dən münasibət


22:56     18 May 2017 XİN%20aciqlama.jpg

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirib.


Femida.az-ın xəbərinə görə, H. Hacıyev deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciəti müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 732