Ramiz Mehdiyev AMEA-nın toplantısında


16:52     29 Aprel 2015 383.jpg

AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı başlayıb.

Femida.az xəbər verir ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.


Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir. Ümumi yığıncaqda həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.
Femida.az

Açar sözlər:

Oxunub: 544