Universitetlərin təhlükəsizliyi necə qorunur? - ADNA 6 İL


17:06     29 Aprel 2015 ADNA.jpg

30 aprel 2009-cu il ADNA öz qanlı tarixini yaşadı.

Bu tarix ölən və yarananların adı ilə yadda qaldı. Həmin gündən 6 il ötür. Ötən 6 ildə məktəblərdə təhlükəsizliyin təmin edilməsi sahəsində hansı yeniliklərə imza atılıb?
Femida.az bu sualla bir neçə ali məktəblərə müraciət edib.


Xəzər Universitetinin mətbuat xidmətinin rəisi Əlövsət Əmirbəyli:
“2009-cu ildə 30 aprel terror baş verməmişdən öncə belə bizim universitetin təhlükəsizliyi hər zaman yüksək səviyyədə olub. Bunu tələbə və valideyin heyəti də təstdiqləyə bilər. Kimliyindən asılı olmayaraq, hər bir universitetə girən şəxsin şəxsiyyət vəsiqəsini tələb edib, qeydiyyatdan keçirirlər. Xəzər Universitetin mühafizə xidməti öz işinin öhdəsindən çox məharətlə gəlir. Universitetin tələbəsi belə olsa, tələbə bileti olmadan içəri buraxılmır”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova:
“BDU-inin bütün tələbələri universitetin təhlükəsizliyinin hansı səviyyədə qorunması haqqında məlumat verə bilərlər. İllərdir ki, bizim universitetin mühafizə xidməti göz önündədir. Bakı Dövlət Universitetinə daxil olan hər bir vətəndaşın müvafiq sənədi olmasa, dərhal universitetdən uzaqlaşdırılma əmri verilir. Bununla biz tələbə və müəllim heyyətininin təhlükəsizliyini tamamilə qorumuş oluruq”.

Bakı Slavyan Universitetinin metbuat xidmətinin rəisi Adil Əliyev:
“Hər gün, hər saniyə mühafizə xidmətimiz universitetin keşiyini çəkir. Bizim mühafizə heyətimiz tam ciddi şəkildə formalaşıb və verilən tapşırılıqlara tam ciddi şəkildə nəzarət edilir”. Azərbaycan Dövlət Pedaqoji Universitenin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov tələsik də olsa, sualımızı cavabsız qoymadı: “APDU-inin təhlükəsizliyi DİN-inin lisenziyasına əsasən, peşəkar mühafizə xidməti tərəfindən qorunur. Tələblər və müəllim heyyətinin tam təhlükəsizliyi üçün giriş və çıxış qapılarında mühafizə xidməti öz işini peşəkarcasına yerini yetirir.”

Nazlı Onur

Açar sözlər:

Oxunub: 1147


Oxşar xəbərlər