Əhalinin gəlirləri artıb


20:13     21 May 2017 Manat-Dollar.jpg

Yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib.


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 804