İş axtaranan tələbə və məzunların nəzərinə!


17:20     29 Aprel 2015 1bb77b09579bcf673cf160a11a9d03a1.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aprelin 30-da Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbirinin keçirilməsi planlaşdırılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, “Karyerada ilk addım” devizi altında təşkil olunan tədbir yuxarı kurslarda təhsil alan tələbələr və əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbir zamanı tələbə və məzunlar əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə edəcək və istəklərinə uyğun olaraq onlara həmin vakansiyalar üzrə göndərişlər veriləcək. Həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar. İl ərzində ölkənin digər ali təhsil müəssisələrində də belə tədbirlərin təşkili nəzərdə tutulur.

Ötən il ərzində gənclərin əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindəki, Abşeron və Lənkəran rayonlarındakı ali təhsil müəssisələrində 10 aktiv məşğulluq tədbiri keçirilib. Həmin tədbirlər nəticəsində 185 nəfər gənc münasib işlə təmin edilib.
Femida.az

Açar sözlər:

Oxunub: 399