Ermənişünas: “Ermənistan Rusiyanın girovudur“


20:44     14 Avqust 2015 armm8.jpg

Xəbər verildiyi kimi, Ermənistanda Karen Dəmirçiyan adına İdman-Konsert kompleksi satılıb. Hökumətin İranla Göyçə gölündən suyun satışı ilə bağlı razılaşma da əldə etdiyi deyilir. Bundan sonra isə Nairit zavodunun və Zvartnos aeroportunun satılacağı gözlənilir.


Ermənişünas alim Qafar Çaxmaqlı yayılan bu xəbərə münasibət bildirib.

O, "Reaksiya"ya deyib ki, Ermənistanın iqtisadi cəhətdən geridə qalması yeni xəbər deyil: "Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Çünki Ermənistan Rusiyadan, İrandan və başqa ölkələrdən müəyyən kredit borcları alır və qaytara bilmədiyi üçün ölkədəki əmlakı satır. İndi də bu məsələ suyun satılmasına qədər dərinləşib. Ermənistan nəyi varsa satır, çünki əhalisini dolandırmaq məcburiyyətindədir”.

Qafar Çaxmaqlı Ermənistan iqtisadiyyatının çökmə səbəblərinə də aydınlıq gətirib: “İqtisadiyyatının ağır durumda olmasının səbəblərindən biri də Ermənistanın işğalçılıq siyasətidir. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, Azərbaycan Gürcüstanın, Türkiyənin içində olduğu böyük enerji layihələrində iştirak edərdi və bu duruma da düşməzdi. Ermənistanın apardığı təslimçilik siyasətinin nəticəsində ağır durum davam edəcək. Çünki Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə Ermənistan bu durumdan çıxa bilməyəcək. Çünki Azərbaycan onu heç bir layihəyə yaxın buraxmayacaq. Ermənistanın bu durumdan yeganə çıxış yolu Dağlıq Qarabağı Azərbaycan torpağı olaraq qəbul etməsi və işğal etdiyi torpaqları geri qaytarmasıdır. Bu məsələ artıq ayrı-ayrı ölkələrin parlamentlərində də beynəlxalq səviyyələrdə müxtəlif siyasətçilər tərəfindən səslənir. Amma Ermənistan Rusiyanın girovudur, Rusiyanın vilayətlərindən biri halına gəlib və Rusiyanın dediyindən də çıxmır. Ermənistan Rusiyanın nəzarətindən çıxmasa, bu vəziyyətdə də qalacaq”.

Açar sözlər:

Oxunub: 1100


Oxşar xəbərlər