Sədr müavini niyə işdən çıxarılıb? - Rəsmi açıqlama

17:34     22 May 2017 MTU5MjJjZmE5ZWIwZDQ_1.jpg

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılovun işdən çıxarılması ilə bağlı rəsmi açıqlama verilib.


QSC-nin mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, Zamiq İsmayılov öz ərizəsi ilə işdən çıxıb.

`Bəzi KİV-lər Zamiq İsmayılovun yol verdiyi nöqsanlara görə vəzifədən kənarlaşdırıldığı barədə məlumat yayıblar. Bu, yanlış məlumatdır. O, ailə vəziyyətinə görə öz ərizəsi ilə vəzifəsindən azad olunub`, - məlumatda bildirilir.

Qeyd edək ki, bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılovun bu gün tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılmışdı. Buna səbəb kimi, onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar göstərilib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5326