Azərbaycanda fəal əhalinin sayı açıqlanıb


23:14     14 Avqust 2015 91270023.jpg

Bu ilin əvvəlindən avqustun 1-ə qədər iqtisadi fəal əhalinin sayı 4876,6 min nəfər olub. Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, onlardan 4640,6 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali olub.


Məlumatda qeyd olunur ki, bu il iyulun 1-ə olan statistikaya görə, muzdla işləyənlərin sayı 1505,9 min nəfər, o cümlədən iqitsadiyyatın dövlət bölməsində 874,4 min nəfər, qeyri-dövlət bölməsində isə 631,5 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1470,7 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyr-kənd təsərüffatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1461,1 min nəfər olub.

Qeyd olunur ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1 faizi məhsul istehsal sahələrində, onlardan 6,8 faizi tikintidə, 6,6 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,3 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürməsi və təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.

Femida.az

Açar sözlər:

Oxunub: 858