“Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir” - İlham Əliyev
18:39 23 May 2017
“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndi. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”.
Femida.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, açılış mərasimində Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib: “Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir”.
Femida.az
Oxunub: 2586
Oxşar xəbərlər
- “Bir kəmər, bir yol” - Çindən VİDEOREPORTAJ
- “Bir kəndin adamlarının hamısını yandırdılar” – Misir Mərdanov (VİDEO)
- “Bir neçə məsələ qalıb” – Lavrovdan Qarabağ açıqlaması
- “Bir var öpüşmək, bir də var...” – Hüquqi ŞƏRH
- “Bir millətin ki, fəxri porno ulduz ola...” Qadın idmançıdan ermənilərə cavab (FOTOLAR)
- “Bir xristian kimi ermənilərə nifrət edirəm” – Robert Mobili
- “Bir-birimizə hörmətlə yanaşmalıyıq” - İlham Əliyev
- “Bir vedrə buzlu su“ aksiyasının pulu hara getdi?