Problemli kreditlərin miqdarı AÇIQLANDI


16:12     15 Avqust 2015 1435561838_1.jpg

2015-ci il iyulun 1-nə əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7,7 milyard manata çatıb.


Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumat deyilir.

Əmanətlərin 71,5 faizini xarici valyutada qoyulmuş əmanətlər təşkil edib. Əmanətlərin 75,5 faizi özəl banklarda yerləşdirilib.

Bankların verdikləri kreditlərə gəlincə, 2015-ci il iyul ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar.

Verilən kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuüddətli olub. Kreditlərin 1,3 milyard manatının yaxud 6,6 faizinin ödəmə vaxtı keçib.

Açar sözlər:

Oxunub: 984