Respublika Günü Macarıstanda qeyd olunub


00:33     28 May 2017 macaristan9.jpg

Azərbaycanın Macarıstandakı səfirliyində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul olub. Qəbulda Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin ictimai-siyasi xadimləri, habelə həmvətənlərimiz iştirak ediblər.



Əvvəlcə Azərbaycanın və Macarıstanın dövlət himnləri səslənib.

Səfir Vilayət Quliyev qonaqları salamlayaraq, Azərbaycan dövlətçiliyinin təşəkkülü tarixindən, xalqımızın müstəqillik uğrunda mübarizəsindən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada qazandığı uğurlardan, onun beynəlxalq nüfuzunun artmasından söz açıb, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması məsələsinə toxunub.

Qəbulda “Azərbaycan” və “Abşeron” şərablarının təqdimatı olub.(Azertac)

Açar sözlər:

Oxunub: 1491