Bu gün xalq artistinin ad günüdür


18:18     15 Avqust 2015 afaq2.jpg

1955-ci il avqustun 15-də xalq artisti, məşhur aktrisa Afaq Bəşir qızı Səfərova (Afaq Bəşirqızı) Bakı şəhərində anadan olub.


1955-ci il avqustun 15-də xalq artisti, məşhur aktrisa Afaq Bəşir qızı Səfərova (Afaq Bəşirqızı) Bakı şəhərində anadan olub.

1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.

A. Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq», "Yarımştat", "Bala — başa bəla" və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır.

A. Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub.

Açar sözlər:

Oxunub: 920