Ermənistanın işğalçı dövlət olduğu NATO çərçivəsində sübut edilib


20:38     28 May 2017 ziyafat.jpg

“Biz NATO Parlament Assambleyasının komitə iclaslarında Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandırmağa çalışırıq”.


Bunu Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, sessiya çərçivəsində qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik Komitələrinin iclaslarının keçirildiyini bildirib.

O biıdirib ki, Azərbaycan nümayəndə heyəti NATO-nun komitə iclaslarında Ermənistanın işğalçı dövlət olduğunu sübut edir:

“Biz çalışırıq ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, bununla belə üzləşdiyi problemlər, xüsusən Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandıraq. Müzakirələr zamanı Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar veririk. Bəzi hallarda Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə biz mübarizəmizi davam etdiririk”.

Femida.az

Açar sözlər:

Oxunub: 2416