Respublika Günü Silahlı Qüvvələrdə qeyd edilib


22:24     28 May 2017 f22ab454-a88f-470d-bffb-a02372ca4913_640.jpg

28 May - Respublika Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1403