Femida.az-ın yazısına uşaq evindən REAKSİYA


18:31     30 May 2017 IMG_906551.JPG

2 saylı uşaq evinin müdiri Sevda Hacıyeva Femida.az saytında yayımlanan Knyaz və Əsmər adlı bacı-qardaşların müraciətinə münasibət bildirib.


Sevda Hacıyeva sözügedən şəxslərin məzun oluqları vaxt uşaq evində böyüyənlərə dövlət tərəfindən mənzil verilmədiyini diqqətə çatdırıb:

“Uşaq evindən məzun olanların mənzillə təmin olunması halı 2 ildir mövcuddur. Knyaz və Əsmər bacı-qardaşları isə 2011-ci ildə 2 saylı uşaq evindən məzun olublar”.

S.Hacıyeva Knyaz və Əsmərə edə biləcəyi köməyi də vurğulayıb:

“Mən uşaq evinin müdiri kimi onlara hansı tarixlərdə burada qaldıqlarına dair arayış verə bilərəm. Onlar isə həmin arayışı Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Nazirlikdə onlara ata-anaları ilə bağlı, harada işlədikləri, evlərinin olub-olmadığına dair suallar veriləcək. Bundan sonra Təhsil Nazirliyinin tələb etdiyi sənədləri arayışla birlikdə onlara təqdim etmək lazımdır. Təhsil Nazirliyi sənədləri hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir, bundan sonra məsləhət bilinsə, evlə təmin olunurlar”.

Qeyd edək ki, Knyaz və Əsmər adlı bacı-qardaşlar bir müddət əvvəl Femida.az-a müraciət ünvanlayıblar. Onlar 2 saylı uşaq evində böyüdüklərinə və buradan məzun olunduqlarına baxmayaraq, dövlət tərəfindən mənzillə təmin olunmadıqlarını iddia edirlər... Əvvəlki yazı ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2144