MDB dövlət başçıları Şurasının iclası keçiriləcək


20:43     30 May 2017 mdb_232745767.jpg

MDB dövlət başçıları Şurasının növbəti iclası Rusiyada keçiriləcək.


Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

S. Lebedevin sözlərinə görə, oktyabrın 11-də Soçidə keçiriləcək iclasda üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. O bildirib ki, mayın 26-da Kazanda keçirilən MDB hökumət başçıları Şurasının iclası effektiv, konstruktiv olub və orada müsbət nəticələr əldə edilib.

S. Lebedev bildirib ki, bundan sonra da MDB-də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirəcəyi ilə bağlı işlər davam etdiriləcək. O, qurumun müasir reallıqlara adaptasiya olunması prosesini kifayət qədər effektiv davam etdiyini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 680