Azərbaycanın əməkdar hüquqşünasları kimlərdir?


18:35     31 May 2017 məkdar_hüquqşünas”_fəxri_adının_döş_nişanı.jpg

Müxtəlif peşə sahibləri göstərdikləri fəaliyyətə görə dövlət tərəfindən fəxri adlarla mükafatlandırılır.Ölkənin məhkəmə-hüquq sistemində çalışanlar da fəxri adlara layiq görülür.


Femida.az Azərbaycanda əməkdar hüquqşünas fəxri adı alımış şəxslər barədə araşdırma aparıb.

Əməkdar hüquqşünas fəxri adı kimlərə və hansı qaydalarla verilə bilər?

Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.

Məlum olur ki, hələ 1991-ci ildən etibarən Azərbaycanda hüquq sistemində çalışan şəxslərə bu adlar verilməyə başlayıb. Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 1991-ci il tarixli fərmanı ilə hüquq mühafizə orqanlarında uzun illər səmərəli işlədiklərinə görə 4 nəfərə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adı verilib. İlk fəxri adlar alanlar sırasında o vaxtlar Göyçay rayonunun prokuroru olmuş Qənbərov Tələt Balakişi oğlu, Azərbaycan SSR Prokurorluğunun şöbə rəisi ( red- indiki Baş Prokurorluq), Bakı şəhəri Nəsimi rayonu xalq məhkəməsinin sədri( red-indiki Nəsimi rayon məhkəməsi), Azərbaycan SSR Ali Məhkəməsinin üzvü Sadıqov Hacıbala Müseyib oğludur. Həmin ildə eks - prezident Ayaz Mütəllibovun fərmanı ilə daha 2 nəfərə fəxri ad verilib. Onlar Azərbaycan SSR Elmlər Akademiyasının ictimai elmlər üzrə elmi informasiya mərkəzinin şöbə müdiri Trepetin Boris Lvoviç və Azərbaycan KP MK şöbə müdirinin müavini Qasımov Zakir Murtuz oğludur.
Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin dövründə də fəxri adların verilməsi ənənəsi davam etdirilib. 25 iyul 1992-ci il fərmanı ilə Mayis Qulu oğlu Məmmədova “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib.

Ə.Elçibəyin hakimiyyəti illərində prokurorluğun əməkdaşları da fəxri adlar alanlar sırasında olub. 14 sentyabr 1992-ci il fərmanı ilə Allahverdiyev Faiq Seyid oğlu—Respublika Prokurorluğunun prokuroru, Əliyev Eynal Hacı oğlu—Respublika Prokurorluğunun prokuroru, Mənsurov Rüfət Talıb oğlu—Respublika Milli Təhlükəsizlik Nazirliyi şöbə rəisinin müavini bu ada layiq görülüb.

Azərbaycanın ən çətin günlərində hakimiyyətə gələn eks- prezident Heydər Əliyev yeni yaranan dövlətin həm də hüquq-mühafizə sistemini təşkil etməli idi. Bu yolda da böyük işlər görüldü. Məhz Heydər Əliyevin dövründə hüquq-mühafizə sahəsində böyük islahatlar aparıldı və yeni forma quruldu. Maraqlı bir fakt da var ki, Heydər Əliyevin dövründə hüquq-mühafizə sistemində çalışanlardan heç kim əməkdar hüquqşünas fəxri adına layiq görülməyib.
Hüquq sistemində çalışan şəxslərin fəxri adlarla mükafatlandırılması Prezident İlham Əliyevin hakimiyyəti illərində daha böyük vüsət alıb. Bu da hüquq sistemində çalışan şəxslərə böyük diqqət kimi qiymətləndiirlə bilər.

Prezident İlham Əliyevin əməkdar hüquqşünas adı verdiyi şəxslər sırasında yüksək vəzifə tutanlar da var.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralova (29 sentyabr 2008-ci il), Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Məmmədov Fikrət Fərrux oğluna (21 noyabr 2008-ci il), Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfova (17 sentyabr 2009-cu il), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə (26 yanvar 2010-cu il), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Murtuz oğlu Ələsgərova, (22 iyun 2010-cu il), Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Rüstəm oğlu Vəliyevə (18 mart 2015-ci il) Prezident İlham Əliyev tərəfindən əməkdar hüquqşünas adları verilib.

Prezident İlham Əliyevin hüquq-mühafizə sistemində çalışanlara diqqəti bununla bitməyib. Müxtəlif vaxtlarda məhkəmə sədrləri göstərdikləri xidmətlərə görə fəxri adlara layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Süleymanov Ramiz Rəhim oğlu, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Azər Cabir oğlu Tağıyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Rzayev Ramiz Yaqub oğlu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Sahib oğlu Abdullayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Yusif oğlu Nəbiyev əməkdar hüquqşünas adları daşıyan sədrlər siyahısındadır.

Bəs Azərbaycanda qadın əməkdar hüquqşünaslar kimlərdir?

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Sadıx qızı Salmanova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi Rəhimova Dilarə Qafar qızı , Azərbaycan Nazirlər Kabinetinin Aparatının Hüquq şöbəsinin müdiri Günəş Məhərrəm qızı Vəliyeva və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənova fəxri ad daşıyan xanımlardır. Qeyd edək ki, S.Həsənova Ədliyyə naziri ( 1995 – 2000), Ali Məhkəmənin sədri (2000 – 2005) vəzifələrində işləyib. O, 2005-ci ildən bu günədək Konstitusiya Məhkəməsinin hakimidir.

Günəş Məhərrəm qızı Vəliyeva 1994-cü ildə o vaxtlar baş nazir olmuş Surət Hüseynov tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu günə qədər həmin vəzifəsni icra edir.

Əməkdar hüquqşünas adını daşıyan hakimlər kimdir?

Məlum olur ki, Prezident tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Fikrət Nağı oğlu Babayevə, Muradov Mahir Cümşüd oğluna, Rafael Sergeyeviç Qvaladzeyə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Ağazadə Müzəffər Abusət oğluna, Həşimov Vidadi Qurban oğluna, Maqsudov Oqtay Maqsud oğluna, Hidayev Şahmurad Əzizağa oğluna və Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Qail Fazil oğluna əməkdar hüquqşünas adı verilib.

Azərbaycan müstəqillik əldə edəndən sonra 51 nəfərə əməkdar hüquqşünas fəxri adı verilib.

Əməkdar hüquqşünaslarım tam adlı siyahısını təqdim edirik:

1.Qənbərov Tələt Balakişi oğlu
2.Əsgərov İdris Qasım oğlu
3. Məmmədov Ramiz Kamal oğlu
4. Sadıqov Hacıbala Müseyib oğlu
5. Qasımov Zakir Murtuz oğlu
6. Trepetin Boris Lvoviç
7. Atakişiyev Salam İbrahim oğlu
8. İsmiyev Teymur Əlibaba oğlu
9. Skirta Sergey Mixayloviç
10.Carçıyev Davud Hacıkərim oğlu
11. Məmmədov Mayis Qulu oğlu
12. Hacıyev Yusif Cəlal oğlu
13. Allahverdiyev Faiq Seyid oğlu
14. Əliyev Eynal Hacı oğlu
15. Mənsurov Rüfət Talıb oğlu
16. Rəhmanov Hacı Hacı oğlu
17. Seyidov Həsən Həmid oğlu
18. Salmanova Sona Sadıx qızı
19. Ağazadə Müzəffər Abusət oğlu
20. Həşimov Vidadi Qurban oğlu
21. Maqsudov Oqtay Maqsud oğlu
22. Mirzəyev Rəhman Baba oğlu
23. Süleymanov Ramiz Rəhim oğlu
24. Rəhimova Dilarə Qafar qızı
25. Rafael Sergeyeviç Qvaladze
26. Tağıyev Azər Cabir oğlu
27. Babayev Fikrət Nağı oğlu
28. Qaralov Zakir Bəkir oğlu
29. Cəfərov Azər Məmməd oğlu
30. Hidayev Şahmurad Əzizağa oğlu
31. Məmmədov Fikrət Fərrux oğlu
32. Məmmədov Qail Fazil oğlu
33. Məmmədova Şəlalə Ağakərim qızı
34. Rzayev Ramiz Yaqub oğlu
35. Abdullayev Fərhad Sahib oğlu
36. Xələfov Xələf Alı oğlu
37. Əliyev Aydın Əli oğlu
38. Ələsgərov Fuad Murtuz oğlu
39. Rəhimov İlham Məmmədhəsən oğlu
40. Kərimov İkram Heydər oğlu
41. İbrahimov Azər Oqtay oğlu
42. Əsədov Bağır Həbib oğlu
43. İbrahimov Elçin Zaur oğlu
44. Vəliyeva Günəş Məhərrəm qızı
45. Mirzəyev Hikmət Abbas oğlu
46. Vəliyev Xanlar Rüstəm oğlu
47. Məmmədov Rafiq Uğuz oğlu
48. Nağıyev İman Məmməd oğlu
49. Muradov Mahir Cümşüd oğlu
50. Həsənova Südabə Cəmşid qızı
51. Nəbiyev Mahmud Yusif oğlu


"Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam ilə "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamının 1-ci hissəsinin birinci abzasında "və əməkdar hüquqşünas" sözləri ", əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi" sözləri ilə əvəz edilib və onlara aylıq 60 manat müavinət nəzərdə tutulub.


Miri Məcidli
Femida.az

Açar sözlər: Hüquqşünas   Femida.az    

Oxunub: 11737