Aksiya keçirən tələbələrə güzəşt edildi - QƏRAR


19:12     31 May 2017 18839233_1538033942935555_3549351713123331472_n.jpg

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, ADU-nun təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, iclasda Elmi Şuranın iclasında dövlət imtahanı ilə bağlı yekun qərar qəbul olunub. İclasda 2 təklif müzakirə edilib. Bunlardan biri imtahanın bir yazılı və 50 test sualından ibarət olması, digəri isə diplom işi olub.

İclasda qəbul edilən yekun qərara əsasən, ADU-da kadr hazırlığı üzrə ixtisasların xüsusiyyəti və tələbələrin istəyi nəzərə alınaraq, Universitetdə bakalavriat səviyyəsində yekun attestasiyasının ixtisas fənni tərtib olunmuş suallar əsasında imtahan və ya buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədə uyğun hesab edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1353