İŞİD 170 nəfəri öldürdü


01:32     16 Avqust 2015 1421055556309.jpg

İŞİD Liviyanın Surt şəhərində 170 nəfəri öldürüb.


Onlar terror qruplaşmasın Sırt şəhərinə hücumu nəticəsində həlak olublar. Qarşıdurma İŞİD silahlıları ilə Surt şəhərindəki islam təmayüllü silahlı qruplaşma arasında baş verib. Qarşıdurma nəticəsində onlarla ailə evlərini tərk edib. Son iki gündə 169 nəfər ölüb.

Bununla yanaşı, İŞİD şəhərin bir sıra yerlərinə də basqın edib. Yerli mənbələrin məlumatına görə, onlar 30 dinc sakini qətlə yetirib, Surt şəhərinin rayonlarından birində fəaliyyət göstərən xəstəxanadakı xəstələrə hücum çəkiblər.

Ölkənin şərq hissəsi olan Benqazidə Liviya ordusu ilə İŞİD qarşıdurması zamanı 42 nəfər ölüb, onlarla xəsarət alıb. Qarşıdurma silahlıların ölkənin ticarət limanı yaxınlığında yerləşən Liviya ordusuna qəfil hücumundan sonra başlayıb. Hərbi mənbə ordunun İŞİD terroçularını cavab atəşi ilə susdurduğunu bildirib.

Ümumiyyətlə, İŞİD dünya təhlükəsizliyini təhdid edən əsas terrorçu qruplaşmadır. Onlar üç ildə İraq və Suriyanın geniş ərazilərini zəbt ediblər. Bundan başqa, onlar Liviya və Şimali Afrikada da fəaliyyət göstərirlər.

Açar sözlər:

Oxunub: 835