Evlərdən silsilə oğurluq edən şəxs tutulub


16:29     01 İyun 2017 ogurluq.jpg

Bakıda silsilə oğurluq törədən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 10-cu və 38-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Görülən tədbirlərlə S.Nevzad da tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 694