Rusiyada helikopter qəzası - 5 ölü


19:25     16 Avqust 2015 helok.jpg

Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub.


Femida.az TASS agentliyinə istinadla xəbər verir ki, dənizə düşən helikopterdən 11 nəfər xilas edilib.

Qəza helikopterin Polina Osipenko qəsəbəsindən Onçaqan rayonuna uçarkən baş verib. Reysin şəxsi sifariş əsasında həyata keçirildiyi qeyd olunur.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin hava və dəniz nəqliyyat vasitələri göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 886