Danışıq qiymətləri endirilir


20:28     29 Aprel 2015 736cc741ac5cfebf680fc5200342375c.jpg

Azərbaycanda mobil operatorlar arasında olan mübadilənin qiyməti düşəcək.


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazirin sözlərinə görə, yaxın vaxtlarda bütün mobil operatorlar arasında olan mübadilənin qiyməti 3 qəpiyə endiriləcək.

Bununla belə, nazir qeyd edib ki, qiymətlərin aşağı düşməsi üçün operatorlar arasında tənzimləmə funksiyalarının daha da sadələşdirilməsinə də ehtiyac var və bu istiqamətlə iş gedir.

"Bu o deməkdir ki, indi 0,05 qəpiyə olan tarif 0,03 qəpiyə endirilirsə, bu mobil xidmətlərin qiymətlərinin aşağı düşməsi üçün yeni imkanlar yaradacaq. Bu tənzimləmə, rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu da imkan verir ki, qiymətlər aşağı salsınlar. Amma nəzərə almaq lazımdır ki, mobil xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənmir və rəqabət əsasında formalaşır ", - deyə Ə.Abbasov qeyd edib.

Açar sözlər:

Oxunub: 1130