Əsgərlərimiz and içdi


20:43     16 Avqust 2015 siaphoto_494029.jpg

Gəncədəki “N” hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


Şəxsi heyətin, müharibə və əmək veteranlarının, əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marş sədaları altında meydana hərbi hissənin bayrağı gətirilib. Gənc əsgərlər Vətənə sədaqət andı içdikdən sonra söz valideynlərə verilib.

Əsgər anası Könül Cəfərova əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzulayıb. O, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində qazanılan uğurlardan da danışıb.

Gənc əsgərlər adından çıxış edən Həsən Nağıyev Vətəni göz bəbəyi kimi qoruyacaqlarını, komandirlərin əmr və tapşırıqlarına sözsüz əməl edəcəklərini bildirib.

Sonra əsgərlər hərbi orkestrin marş sədaları altında tribuna önündən keçiblər. Daha sonra hərbi hissənin kəşfiyyat bölümünün nümunəvi çıxışları olub.

Açar sözlər:

Oxunub: 1111