Hüquq-mühafizə orqanlarının saytları təkmilləşdirilir


14:50     03 İyun 2017 ILF85rLpNx26FQB7F52s6zw47Jc40F4.jpg

Hüquq-mühafizə orqanları əməkdaşlarının müsbət obrazını yaradan, onun cəzaverici deyil, xilaskar olmasını formalaşdıran televiziya proqramlarının və filmlərin çəkilişi və yayımlanması, onların peşəkar fəaliyyətinin televiziya kanallarında mütəmadi işıqlandırılması genişləndiriləcək.


Bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Həmçinin, hüquq-mühafizə orqanları əməkdaşlarının baş vermiş cinayət hadisələrinə və törədilən qayda pozuntularına qarşı biganəliyi, qeyri-operativliyi, vəzifə borcunun icrasına səhlənkar münasibəti halları ilə mübarizənin gücləndirilməsi və Azərbaycan Respublikası vətəndaşlarının hüquq-mühafizə orqanlarına xidmətə qəbulunda şəffaflığın artırılması Tədbirlər Planında yer alıb.

Tədbirlər Planında bundan əlavə hüquq-mühafizə orqanlarının internet resurslarının təkmilləşdirilməsi, informasiyaların ən azı iki xarici dilə (ingilis və rus dillərinə) tərcümə edilməsi, bu resurslarda korrupsiya ilə mübarizə, iş adamlarının müraciətlərinə baxılması, onların hüquqlarının pozulması, fəaliyyətlərinə maneçilik halları üzrə cavab tədbirlərin görülməsinə dair məlumatların yerləşdirilməsi də nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1098