Özünü öldürmək istədi, FHN qoymadı


01:52     17 Avqust 2015 _17-640x360.jpg

Bərdədə intihara cəhdin qarşısı alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində bir nəfər yeddimərtəbəli binanın dam örtüyünə qalxaraq intihara cəhd edib.

Dərhal hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 820