Azay Quliyev Türkiyəyə gedir


18:15     05 İyun 2017 azay%20quliyev7.jpg

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.

Səfər çərçivəsində Azay Quliyevin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu, Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Vedat Bilgin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 1104