Təyyarəyə gecikən qadın işçiləri döydü


23:39     05 İyun 2017 sher_vs.jpg

Çinin Uxan şəhər aeroportunda Paris reysinə buraxılmayan sərnişin əməkdaşa hücum edib.


Femida.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə bu gün “South China Morning Post” məlumat yayıb. Polislər onu 10 gün müddətinə göz altına alıblar.

Qeyd edilir ki, 36 yaşlı qadın qeydiyyata gecikib. Əri və uşağı da onunla olub. Qadına bileti dəyişmək təklif edilsə də, o, bundan imtina edib. O, Fransada mühüm konfransda iştirak etməli olduğunu deyib, əvvəlcə qeydiyyatdan keçirilməsini xahiş edib, amma sonra əsəbini cilovlaya bilməyib və bir neçə dəfə aeroport işçisinin üzünə zərbə vurub.

Şəhərin nüfuzlu universitetlərindən birinin doktoranturasında oxuyan qadının adı “Air France” şirkətinin qara siyahısına düşüb. Çində sosial şəbəkələrdə onun davranışı ciddi qınanılıb. Daxili aviadaşıyıcılar belə sərnişinə xidmət göstərməkdən imtina etməyə çağırılıb.

Açar sözlər:

Oxunub: 836