Gədəbəydə qışa hazırlıq başladı


14:33     17 Avqust 2015 18909574_s21wweynoo_W665.jpg

Dağlıq ərazidə yerləşən Gədəbəy rayonunda qış mövsümündə bir sıra problemlərin yaşanmaması üçün hazırlıq işləri sürətlə davam etdirilir.


Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev deyib ki, əhalinin ən çox üzləşdiyi problemlərdən biri elektrik enerjisi ilə təminatla bağlıdır. Bu da yaxın vaxtlarda öz həllini tapacaqdır. Belə ki, hazırda rayonda 110 kilovoltluq yeni elektrik yarımstansiyasının tikintisi aparılır. Stansiyasın tikintisi ilə yanaşı, elektrik dayaqlarının yenilənməsi prosesi aparılır. Bundan başqa, Gədəbəyin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də başlanan işlər sürətlə davam etdirilir. Bu günlərdə isə Novosaratovka, Ərtəpə və Qoşabulaq kəndlərinə gedən yolun asvaltlanması işlərinə başlanacaqdır.

Açar sözlər:

Oxunub: 776