Ankaradan Qətər böhranı ilə bağlı açıqlama


17:30     06 İyun 2017 binali.jpg

Türkiyə Qətər böhranının dialoq yolu ilə həll ediləcəyinə ümid edir.


Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib.

B.Yıldırım qeyd edib ki, hazırda Türkiyə Prezidenti də bu böhranın həll üçün fəal diplomatik işə başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1426