İnsan alveri ilə mübarizədə yeni standartlar - Polislər maarifləndirilib


15:29     07 İyun 2017 insan%20alv%204.jpg

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı layihəsi üzrə Balakən, Zaqatala, Qəbələ və İsmayıllıda polis əməkdaşları üçün “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair təlim kursu keçirib.


Femida.az xəbər verir ki, təlimlər qeyd edilən şəhərlərin Polis idarələrində təşkil edilib.

Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı, müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.

1. Baləkən RPŞ-də 01.06.2017 ci il tarixdə iştirakçıların sayı 63 nəfər (59 kişi 4 qadın) olmuşdur.

2. Zakatala RPŞ-də 02.06.2017 ci il tarixdə iştirakçıların sayı 33 nəfər (33 kişi) olmuşdur.

3. Qəbələ RPŞ-də 05.06.2017 ci il tarixdə iştirakçıların sayı 58 nəfər (51 kişi 7 qadın) olmuşdur.

4. İsmayıllı RPŞ-də 06.06.2017 ci il tarixdə iştirakçıların sayı 47 nəfər (46 kişi 1qadın) olmuşdur.

Ümimilikdə rayonlar üzrə iştirakçıların sayı 158 nəfəri əhatə etmişdir.

Təlimdə Asan xidmət, İcra Hakimyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi, KİV əməkdaşları, polis sahə müvəkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak etmişdilər.

Təlimdə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.











Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1904