Ölənlərin sayı 12-yə çatıb - İranda terror


19:20     07 İyun 2017 iran%20terror.jpg

Bu gün İran paytaxtında baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı açıqlanıb.


Femida.az xəbər verir ki, hadisələr zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 3846