Təyyarə 122 sərnişinlə dənizə düşüb - ölənlərin 15-i uşaqdır


16:27     08 İyun 2017 140622-indonesian-plane-crash0.jpg

Ötən gün radarlardan itən Myanmaya aid hərbi-nəqliyyat təyyarəsinin qalıqları tapılıb.


Təyyarə hərbçilərin ailələrini Myanmadan Yanqona aparırdı. Ümumi sərnişin sayı 122 nəfər olub. Sərnişinlərdən14-ü ekipaj üzvü, 35-i hərbi qulluqçu və 73-ü hərbçilərin ailə üzvləri olub. Onların 15-i uşaq olub.

Ötən gecə aparılan axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və 10 nəfərin cəsədi dənizdən tapılıb. Cəsədlərdən 4-ü uşaqlara aiddir. (Qafqazinfo.az)

Femida.az

Açar sözlər:

Oxunub: 4798