Taleh Bağırovun işi geri qaytarıldı


19:31     08 İyun 2017 tale%20bagirov.jpg

"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.


Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkili Yalçın İmanov vəsatətlə çıxış edib.

O, birinci instansiya məhkəməsinin hökmü çıxandan sonra protokollarla tanış olmayıblar.

Vəkillər qeydlərini protokollara əlavə edilməsini istəyiblər.

Məhkəmə işin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı qərar çıxarıb.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1359