Əli Həsənov Astanaya gedir
20:30 17 Avqust 2015
Avqustun 18-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası keçiriləcək.
Tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək.
İclas çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları arasında əməkdaşlıq protokolunun imzalanması, türkdilli dövlətlərin xəbər agentlikləri arasında əməkdaşlıq memorandumunun təsdiq olunması və quruma üzv dövlətlərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin beynəlxalq auditoriyaya düzgün çatdırılmasının təmin edilməsi məqsədi ilə Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, informasiya sahəsində müxtəlif aspektlər üzrə birgə fəaliyyətin daha da genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək.
Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında imzalanması təklif olunan “İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu” layihəsinin nəzərdən keçirilməsi və müvafiq qərarın verilməsi də iclasın gündəliyinə daxil edilən məsələlər arasındadır.
Oxunub: 917
Oxşar xəbərlər
- Əli Həsənov Kestutis Yankauskas ilə görüşüb
- Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər
- Əli İsmayılovun qardaşı həbs olundu
- Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əli Ağami apellyasiya şikayəti verəcək
- Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)