Gün ərzində 46 cinayət baş verib - Rəsmi


20:41     17 Avqust 2015 maxresdefault5.jpg

Gün ərzində 46 cinayət faktı qeydə alınıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, -Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 722