AKP-MHP: Koalisiya üçün son şans


23:37     17 Avqust 2015 davutoglu-bahceli-koalisyon-gorusmesi-640x360.jpg

Ankarada Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı arasında görüş başlayıb.


Böyük Millət Məclisinin (TBMM) binasında, yerli vaxtla saat 14.00-da başlayan görüşdə koalisiya hökuməti qurulması və ya hökumət qurmaq mümkün olmazsa, erkən seçkilərə hansı şəkildə gedilməsi müzakirə olunur.

Görüşdən hər hansı nəticə əldə edilməzsə, Ə. Davudoğlu hökuməti formalaşdırmaq üçün aldığı səlahiyyəti prezidentə geri verəcək.

Hökuməti qurmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. Həmin tarixdən sonra ya TBMM-nin, ya da prezidentin erkən seçkilər haqqında qərar qəbul edəcəyi gözlənilir.

Açar sözlər:

Oxunub: 1220