Təhsil Nazirliyi: Şagirdlərə məcburi dərman verilir


14:37     30 Aprel 2015 derman-1-tibfjfj.jpg

Bakının bir çox məktəblərində şagirdlərə qurd dərmanları paylanılır. Valideynlərin bildirdiyinə görə, artıq bir neçə aydır şagirdlərə məcburi şəkildə qurd dərmanı verilir.

Femida.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyi AzVision.az-ın sualını cavablandırıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, məktəblərdə qurd dərmanlarının paylanılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyyə olunub. Nazilik sözçüsünün dediyinə görə, bu dərmanlar artıq bir neçə aydır ki, məktəblərə verilir.

“Qurd dərmanlarının məktəblərə paylanılması profilaktik tədbirlər çərçivəsində həyata keçirilir. Bu tipli tədbirlər mütəmadi olaraq baş tutur. Vaxtaşırı vaksinasiya, immunizasiya keçirilir. Qurd dərmanının paylanılması da çox güman ki, dünyada aktual problemlərdən biri olduğuna görə bizdə də bu məqsədlə profilaktika aparılır”-deyə Anar Qədirli bildirib.

Açar sözlər:

Oxunub: 1223