Toyda qan töküldü


15:40     18 Avqust 2015 qan04.jpg

Lənkəranda toyda bıçaqlanma faktı qeydə alınıb.


Hadisə avqustun 17-də saat 23.00 radələrində rayonun Qrumba kəndində qeydə alınıb. Toyda yeyib-içən kənd sakini, 40 yaşlı Səxavət Haqverdiyevlə şəxsiyyəti hələlik açıqlanmayan digər həmyerlisi arasında şəxsi mübahisə davaya çevrilib.

Həmyerlilərini ayırmağa cəhd göstərən digər kənd sakini, 31 yaşlı Camal Şəkərov S.Haqverdiyevin bıçağına tuş gəlib. Müxtəlif dərəcəli bədən xəsarətləri almış C.Şəkərov və S.Haqverdiyev ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlərin nəzarəti altında olan yaralılara müvafiq tibbi yardım göstərilir.

Rayonun hüquq- mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.(APA)

Açar sözlər:

Oxunub: 1108