Müxalifət liderinə 30 sutka həbs verilib


13:55     13 İyun 2017 navalni1jpg_1497331275.jpg

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıya 30 sutka həbs cəzası verilib.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Navalnı razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirməkdə ittiham olunub.

Qeyd edək ki, ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib. Aksiyanın təşkilatçısı Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tver küçəsinə dəyişdirildiyini açıqlayıb. Tver küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. Navalnı aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 808