Xaçmazda köşk yandı – bir nəfər öldü


14:45     30 Aprel 2015 siaphoto_46493h7.jpg

Xaçmaz rayonunun Yalama kəndində 1952-ci il təvəllüdlü Abdulhəlim Sədrə oğlu Muradxanova məxsus, ümumi sahəsi 20 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş taxta konstruksiyalardan ibarət köşkün yanar konstruksiyaları yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən A. Muradxanovun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 465