Tramp yaralı konqresmenə baş çəkib


19:16     15 İyun 2017 tramp%20(1).jpg

ABŞ prezidenti Donald Tramp və xanımı silahlı hücuma məruz qalan konqresmen Stiv Skalizə baş çəkiblər.


“Associated Press”in yaydığı xəbərə görə, Tramp və xanımı Melaniya xəstəxanada müalicə olunan konqresmenin vəziyyəti ilə maraqlanıblar.

Konqres üzvünün ağır vəziyyətdə olduğunu bildirən prezident, insanları ona dua etməyə çağırıb.

Qeyd edək ki, ötən gün Virciniya ştatının Aleksandriya şəhərində S. Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi və daha bir neçə nəfər yaralanıb. 66 yaşlı cinayətkar polislə atışmada yaralanıb və xəstəxanada keçinib.

Femida.az

Açar sözlər:

Oxunub: 605