Uşağın üzərinə qaynar su tökülüb


14:45     16 İyun 2017 qaynar%20su.jpg

Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb.


Femida.az xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova evdə oynayarkən üzərinə qaynar su tökülüb.

Bədənin 9 faizində 2-ci dərəcəli yanıq xəsarəti alan uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 757