Azərbaycan dilli vikipediya bir pillə də irəlilədi


19:24     16 İyun 2017 viki.jpg

Vikipedia virtual ensiklopediyasının ana dilimizdə olan bölməsində məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.


Femida.az xəbər verir ki, bu barədə AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) məlumat verib.

“Vikipediya virtual ensiklopediyası”nın Azərbaycan dilində olan bölməsində hazırda 119.895 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə, nəticə Vikipediyanın “10.000+” bölməsindən “100.000+” bölməsinə adlamışdır. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda vikipediyanın könüllü istifadəçilərinin mühüm rolu olmuşdur. Məqalələrinin yaradılmasını əks etdirən reytinq cədvəlində son göstəriciyə görə vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il iyun ayının 1-də 55-cı pilləyə yüksəlib.

Hazırda Vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Mövcud siyahıya görə azərbaycandilli vikipediya, hind dilində olan vikipediyanı bir pillə üstələyib. Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində dinamik inkişafı təmin etmək və daha yüksək nəticələr əldə etmək üçün MEK-in Sərbəst Elektron Resuslarla iş şöbəsinin əməkdaşları akitv fəaliyyət göstərirlər. Bu məqsədlə əməkdaşlar tərəfindən müntəzəm olaraq vikipediya ilə bağlı seminarlar, görüşlər və tədbirlər təşkil edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 801